Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 12:09
Bakı. Elçin Mehdiyev – Trend:
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə quruma sədrlik Azərbaycana keçib.
Trend-in məlumatına görə, eyni zamanda 3 il müddətə quruma sədrlik edən Venesuela Prezidenti Nikolas Maduro Zirvə Görüşünün gündəliyinə uyğun olaraq səsvermə elan edib və Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Zirvə Görüşünün sədri seçilib.
Qeyd edək ki, Azərbaycan 2019-2020-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
N.Maduro ölkəmizə sədrlikdə uğurlar arzulayıb və üzv dövlətləri Azərbaycanın sədrliyi dövründə təşkilata öz töhfələrini davam etdirməyə çağırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin