Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 12:44
APOEL-in müdafiəçisi Vuros Praksitelis Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağla keçirilən görüşdən (2:2) danışıb.
Qol.az xəbər verir ki, 24 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında əzmkarlıq göstərdiklərini söyləyib :
"Qapımızda erkən qol buraxsaq da, əzmkarlıq göstərib, özümüzə gəldik və hətta hesabda irəli də keçdik. Qələbə hesabını qoruya bilməsək də, dəyərli xal qazandıq. Deyə bilmərik ki, bu, ən yaxşı nəticədir. Çünki APOEL meydana hər zaman qələbə üçün çıxır. Ancaq bu heç-heçə yeni bir başlanğıc ola bilər. Bu nəticə çempionatdakı növbəti matçdan etibarən uğurlu çıxış etməyimiz üçün əsas ola bilər”.
O, meydanda sərt mübarizənin getməsinin normal olduğunu bildirib: "Meydanda mütləq qarşıdurmalar olacaq. Mən həm özüm, həm də komandam üçün qələbə arzusunda olan futbolçuyam. Komandama ən yaxşısını vermək istəyirəm".