Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Azərbaycanın Vətən müharibəsində Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir

Prezident: Azərbaycanın Vətən müharibəsində Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir

Tarix: 5 Iyul 2023 10:42

Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoydu.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda Nazirlər görüşündə çıxışı zamanı söyləyib.

İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olduğunu vurğulayan dövlətimizin başçısı deyib: Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir".


Etiketlər:  Prezident Azərbaycanın Vətən müharibəsində Qələbəsi beynəlxalq hüququn ədalətin zəfəridir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ