Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbi sığorta üzrə qiymətlər artırılır - VİDEO

Tibbi sığorta üzrə qiymətlər artırılır - VİDEO

Tarix: 5 Iyul 2023 17:22

İcbari tibbi sığorta üzrə qiymətlər artırılacaq.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu dəyişiklik əhaliyə təsir etməyəcək, çünki ödənişləri Agentlik həyata keçirir.

Zaur Əliyev bildirib ki, xəstəxanalarda növbələrin tənzimlənməsi istiqamətində də işlər davam etdirilir.

Zaur Əliyev icbari tibbi sığorta üzrə yeni zərfə daxil edilən xidmətləri də açıqlayıb. Qeyd edib ki, icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfi artıq Nazirlər Kabinetinə təqdim olunub. Yaxın zamanlarda paketin təsdiqlənəcəyi gözlənilir. Yeni zərfdə ürək-damar xəstəliklərinin siyahısı genişləndirilib.

Bundan başqa, onkoloji xəstəliklərin müalicəsi, sümük iliyinin köçürülməsi də icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Tibbi sığorta üzrə qiymətlər artırılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ