Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2023 23:18
İyulun 4-də keçirilən ticarət sessiyası zamanı Avropada elektrik enerjisinin qiymətləri günəş elektrik stansiyalarının yüksək göstəriciləri səbəbindən sıfırdan aşağı düşüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə regionun bir sıra ölkələrində fəaliyyət göstərən "Epex Spot SE" birjasının məlumatlarına istinadən xəbər yayılıb.
Məsələn, Avropanın ən böyük elektrik bazarı olan Almaniyada qiymətlər yerli vaxtla saat 13:00-15:00 arasında mənfi həddə çatıb. İyulun 5-də Almaniya, Danimarka və Niderland hərraclarında qiymətlərin sıfırdan aşağı düşəcəyi gözlənilir.
Qeyd olunur ki, Aİ ölkələri qeyri-dayanıqlı qalıq yanacaqlara tələbatı azaltmaq üçün fəal şəkildə günəş fermaları tikdikcə, elektrik enerjisinin mənfi qiymətləri regionda daha çox yayılır.