Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa ölkələri ağır bədəl ödəyə bilərlər - SƏBƏB

Avropa ölkələri ağır bədəl ödəyə bilərlər - SƏBƏB

Tarix: 6 Iyul 2023 11:42

Fransa və digər müstəmləkəçi Avropa ölkələri əsrlər boyu istismar etdikləri insanları öz aralarına qəbul etsələr də, onları özləri ilə eyni səviyyədə qəbul etmədikləri üçün ağır bədəl ödəyə bilərlər.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin "Təqvim" qəzetinin siyasi şərhçisi Ekrem Kızıltaş bildirib.

"Avropanın müstəmləkəçilik baxımından önə çıxan ölkələrindən biri olan Fransada 17 yaşlı Əlcəzair əsilli gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan hadisələr bundan sonra da buna bənzər hadisələrin çox olacağından xəbər verir". - deyə o qeyd edib.

Kızıltaş, Mərkəzi və Şimali Afrika ölkələrini əsrlər boyu istismar edən və bu istismarı müxtəlif üsullarla hələ də davam etdirən Fransada bu ölkələrdən köçüb miqrantlara fərqli rəftarın məlum məsələ olduğunu bildirib.

"Avropa dəyərlərində qəbul edilməməli olan bu fərqli rəftar 17 yaşlı Əlcəzairli Nahel Merzukinin qətlində böyük rol oynayıb. Bu hadisədən sonra Fransada başlayan və ölkənin digər şəhərlərinə, daha sonra Belçika və İsveçrəyə yayılan etirazlar bundan sonra nələrin baş verə biləcəyi ilə bağlı xəbərdarlıqdır. Hələlik hər şey sakitləşmiş kimi görünsə də, miqrantları həm Fransa, həm də digər Avropa ölkələrinin vətəndaşı kimi qəbul etsələr də, aralarında olan başqa köklərdən olan insanlara qarşı olan münasibətlərinin yaxşılaşma şansı yoxdur". - deyə Kızıltaş əlavə edib.

Onun sözlərinə görə, demək olar ki, bütün Avropa ölkələrində yüksələn və hakimiyyətə gəlməsinin qarşısı çətinliklə alınan sağçı və irqçi strukturlar getdikcə güclənir və bəlkə də bir müddət sonra daha da inkişaf edərək, daha da güclənərək qitədə ciddi münaqişələrin başlamasına səbəb olacaqlar.

"Fransa və digər müstəmləkəçi Avropa ölkələri əsrlər boyu istismar etdikləri insanları öz aralarına qəbul etsələr də, onları özləri ilə eyni səviyyədə qəbul etmədikləri üçün ağır bədəl ödəyə bilərlər.Sözdə, demokratik, liberter və humanist olub, praktikada irqçilik və buna bənzər meyllər ön plana çıxsa, yaşana biləcək şeylər ancaq bu cür olacaqdı. Bəlkə də bu və ya digər şəkildə istismarçı olmağın ağır bədəlinin illər sonra da ödənildiyini göstərir". - deyə Kızıltaş vurğulayıb.


Etiketlər:  Avropa ölkələri ağır bədəl ödəyə bilərlər SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ