Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaribaşvili Paşinyanla regional sülhü müzakirə edib

Qaribaşvili Paşinyanla regional sülhü müzakirə edib

Tarix: 7 Iyul 2023 21:00

Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, hökumət başçıları təkbətək görüş zamanı iki ölkə arasındakı əlaqələri, həmçinin regionda və dünyada təhlükəsizlik mühitini nəzərdən keçiriblər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dinc Qonşuluq Təşəbbüsü çərçivəsində regionda sülhün inkişafı üçün Azərbaycan və Ermənistan arasında birbaşa səylərə davam etməyə hazır olduğunu ifadə edib.

Geniş tərkibli görüşdə isə tərəflərin iqtisadi sahədə yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçirdikləri qeyd olunub. Görüşdə Gürcüstan və Ermənistanın nazirlər kabinetlərinin üzvləri iştirak edib.

Milli.Az


Etiketlər:  Qaribaşvili Paşinyanla regional sülhü müzakirə edib


RƏYLƏR