Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sənubər: Qocalıq gücsüzlükdür

Sənubər: Qocalıq gücsüzlükdür

Tarix: 7 Iyul 2023 23:05

"Əvvəl qızımın qadağalarına əməl edirdim. Düşünürdüm ki, haqlıdır. Bəlkə, mən nəyisə düzgün etmirəm. Hər kəsin kənardan ona baxan dedektoru olmalıdır. Amma indi qadağalar yoxdur. Nə o mənə, nə mən ona qadağa qoyuram. İndi dostlaşmışıq".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Qapqara" yutub layihəsində deyib. Aktrisa hər zaman formada olmasından danışıb:

"Qocalıq gücsüzlükdür: ətarfın azalır, sevdiyin insanlar ətrafında seyrəlir. Müdriklik 25, 30 yaşlı insanda da ola bilər. Ağıl yaşda yox, başdadır. Səhnə səliqəni, gözəlliyi, gəncliyi sevir. Biz də tamaşaçı qarşısına çıxırıqsa, formada qalmağa çalışırıq".

Sevgidən danışan S.İsgəndərli bunları əlavə edib:

"Sevgi hər şeydir, bircə ölmək deyir. Qadın ağılda, biclikdə kişidən bir addım öndə olub. Kişi mütləq güclü olmalıdır. Kişi və qadın bir-birini tamamlayır. Bu, nə deməkdir? Sənin əskik tərəfin məndə güclüdür, mənimki isə səndə. İllərlə bir yerdə olan insanlar bir-birinin xasiyyətini elə götürürlər ki... Deyirlər ki, kişi kimi qadın. Nifrət etdiyim sözdür. Qadın zərif olmalıdır. Güclü onun ağlı, dözümlülüyü olmalıdır. Qadınlar kişidən daha dözümlüdür: ağrıya da, xəstəlikdə də.  

Tam xoşbəxt insan yoxdur. Xoşbəxt anlarım çox olur". 


Etiketlər:  Sənubər Qocalıq gücsüzlükdür


RƏYLƏR