Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yayda bu qidalardan uzaq durun

Yayda bu qidalardan uzaq durun

Tarix: 8 Iyul 2023 02:03

Yayda həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən xəstəliklərdən biri də qida zəhərlənmələridir. Meyvə-tərəvəzin bol olduğu bu mövsümdə təəssüflər olsun ki, bəzi insanlar yediklərinə diqqət etmirlər. Nəticədə qida zəhərlənmələri faktı bu aylarda daha da artır.

Maraqlıdır, görəsən, zəhərlənməmək üçün nə etməliyik?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı tibb elmləri doktoru, həkim professor Adil Qeybulla lent.az-a açıqlamasında bildirib ki, qida toksikoinfeksiyaları ilin bütün fəsillərində baş verə bilər. 

Onun sözlərinə görə, yay fəslində bunun spesifikası dəyişir:

"Yayda meyvə çeşidlərinin çox olması, zəhərlənmələrin də sayını artırır. Zəhərlənmələr xüsusilə balıq, qarpız, yemiş və pomidor istehlakından qaynaqlanır. Bütün bunların hamısı qida toksikoinfeksiyalarıdır. Bunların içərisində ən təhlükəlisi isə botulizmdir. Qida toksikoinfeksiyaları baş verdiyi halda xəstə dərhal həkimə çatdırılmalıdır. Çünki həmin maddələr ölümə səbəb ola bilər. Məhz bu səbəbdən tutmalardan istifadə edərkən çox diqqətli olmalıyıq. Tutmaların qapağı əgər qalxıbsa, onun suyu bulanıbsa, yaxşı olar ki, istifadə edilməsin. Bundan əlavə meyvələri öz vaxtında yemək məqsədəuyğundur. Ümumiyyətlə, meyvələrin xarici görünüşünə diqqət edilməlidir. Onların qoxusuna, dadının dəyişməsinə maksimum dərəcədə diqqət etmək lazımdır".

Milli.Az


Etiketlər:  Yayda qidalardan uzaq durun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ