Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 16:27
Bakı. Elçin Mehdiyev - Trend:
Bu zirvə toplantısının yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycana təşəkkür edirik. Kuba ilə Azərbaycan arasında 27 ildir ki, ikitərəfli münasibətlər mövcuddur. Biz 11 min kilometr məsafəni qət edərək məhz bu toplantıda iştirak etmək üçün gəlmişik.
Trend-in məlumatına görə, bunu Kuba Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.
M.Kanel bildirib ki, dünyada ədaləti bərpa etmək üçün birgə fəaliyyət vacibdir: “Biz əlimizdən gələni etməliyik ki, xalqlarımızı xilas edək. Müstəmləkəçilik siyasəti bizim sərvətlərimizin talan olunmasına səbəb olub.
İmperialist qüvvələr bizim ölkələrimizi bir növ laboratoriyaya çeviriblər. Onlar bizi hər bir platformadan məhrum ediblər. Onların diqtəsinə baş əymədiyimiz üçün bizi bu vəziyyətə salıblar. Bütün bunlar XXI əsdrə baş verir. O ölkələr ki müstəqil, suveren olmaq istəyir, böyük dövlətlərin diqtəsi ilə yaşamaq istəmir, onlara qarşı çirkin siyasət aparılır. Biz sülh istəyirik. Bunun üçün biz güclü və həmrəy olmalıyıq, bir araya gələrək öz mövcudluğumuzu tələb etməliyik”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin