Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2023 14:28
Yay ayları olsa da, Bakıda hələ də kirayə mənzil problemi var. Fəslin adətən bu aylarında tələbələr rayonlara üz tutduqlarından, həmçinin insanlar bağlara və digər bölgələrə getdiklərindən kirayə evləri çoxalırdı.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu il isə tam əksi baş verib. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olanlar bildirirlər ki, yay ayları olsa da, bazara kirayə evləri təklif edilmir.
Nərimanov rayonunda fəaliyyət göstərən reiltor Rüfət Məmmədov deyir ki, xüsusilə bu rayonda köhnə tikililərdə kirayə üçün nəzərdə tutulan ev yox səviyyəsindədir. Üstəlik Rusiya-Ukrayna müharibəsi ilə əlaqədər olaraq həmin ölkələrdən gələn həmvətənlərimizin sayının artması da bazara öz təsirini göstərib.
Əmlakçı Ülvü Əliyev isə deyir ki, nəinki nərimanov, digər mərkəzi hissələrdə də kirayə mənzil tapmaq müşkül məsələdir.
Köhnə binalarda 2 otaqlı kirayə mənzillərin qiyməti 500 manatdan başlayır. Təzə binalarda isə kirayə evlər olduqca bahadır.
Əmlakçılar bildirirlər ki, nisbətən mərkəzdən kənar ərazilərdə kirayə mənzillər tapmaq mümkündür. Bununla belə həmin ərazilərdə olan kirayə evlər ucuz deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.