Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yayın ortasında QAR YAĞDI

Yayın ortasında QAR YAĞDI

Tarix: 10 Iyul 2023 18:06

İyulun 10-da Maqadan vilayətinin mərkəzi rayonlarına qar yağıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bundan əvvəl xilasetmə xidməti ərazidə güclü yağışların olacağı barədə təcili xəbərdarlıq edib. Yağıntıların yolların aşınmasına səbəb ola biləcəyini deyən mütəxəssislər sakinlərə yaşayış məntəqələrindən kənara çıxmamağı tövsiyə ediblər.

Rusiya Hidrometeorologiya Mərkəzinin region üzrə nümayəndəsinin verdiyi məlumata görə, iyulda Maqadan vilayətində qar yağmasını nadir hadisə adlandırmaq olmaz. Lakin bu il uzun qırx dərəcə istidən sonra yağıb. İndi temperatur demək olar ki, sıfır dərəcəyə düşüb.


Etiketlər:  Yayın ortasında YAĞDI


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ