Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana oğlunu məhkəməyə verərək ailəsi ilə birlikdə evdən çıxartdırır... - VİDEO

Ana oğlunu məhkəməyə verərək ailəsi ilə birlikdə evdən çıxartdırır... - VİDEO

Tarix: 11 Iyul 2023 06:34

Ana 14 il əvvəl evdən çıxartdığı oğlunun və onun ailəsinin qeydiyyatını ləğv  etdirmək istəyir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, ailə başçısı Qiyamət Ağayev ikinci qrup əlildir. O iddia  edir ki, həyat yoldaşı Rəsmiyyə Ağayeva və övladları ilə birlikdə 14 il bundan öncə öz anası Gülbuta Ağayeva tərəfindən yaşadıqları mənzildən məcburi şəkildə qovulublar. Onlarla bərabər Atası Muğan Ağayev də həmin mənzildən çıxarılıb.

Lakin son günlər onlara gələn məktub ailəni məyus edib. Gülbuta Ağayeva onların evdəki qeydiyyatdan da çıxarılması üçün məhkəməyə müraciət edib.

Məsələ ilə bağlı Gülbuta Ağayeva ilə əlaqə saxladıq.

O  "XəzərXəbər"ə bildirdi ki, evdən qovduğu oğlu onu tez-tez döyürmüş və dolanışıqlarına heç bir köməklik göstərmirmiş. Məhz ona görə də oğlunu, gəlinini və 3 nəvəsini yaşadığı evdən qovub.

14 il sonra onların qeydiyyatdan  çıxarmasına səbəb isə onu oğlu tərəfindən narahat edilməsidir.

Gülbuta Ağayeva  bildirdi ki, onlar heç vaxt həmin mənzilə geri qaytarmayacaqlar və tezliklə məhkəmədə görüşəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  oğlunu məhkəməyə verərək ailəsi ilə birlikdə evdən çıxartdırır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ