Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kutaisi hava limanı fəaliyyətini dayandırıb

Kutaisi hava limanı fəaliyyətini dayandırıb

Tarix: 11 Iyul 2023 09:36

Kutaisi Beynəlxalq Hava Limanı reyslərin ləğvi ilə nəticələnən güclü yağışlar səbəbindən çərşənbə axşamı səhər saat 07:00-a qədər fəaliyyətini dayandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

"Aeroportun fəaliyyətinin dayandırılmasına səbəb Qərbi Gürcüstanda pis hava şəraiti və güclü yağışlardır. Hazırda hava limanının sərnişin terminalının işində fasilə yaranıb", - məlumatda deyilir.
Qeyd edildiyi kimi, Kutaisi hava limanına çatmalı olan planlı reyslər Tiflis hava limanına yönləndirilib. Aeroport ərazisində ekspertlər qrupu işləyir.


Milli.Az


Etiketlər:  Kutaisi hava limanı fəaliyyətini dayandırıb


RƏYLƏR