Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ana-ata, məni Ermənistandan çıxart! Yaşamaq istəyirəm!” və ya BQXK haqqında bilməli olduğunuz hər şey

Tarix: 11 Iyul 2023 11:57

Erməni əsirliyində olan Novruzov Laçın Əhməd oğlunun 1994-cü il fevralın 10-da yaxınlarına yazdığı məktub:

"Salam, ata-ana. Mən Ermənistanın Edilli kəndində Novruzov Laçın. Sənə qurban olum, gəlin məni qurtarın! Sənə yalvarıram. Ana, bunu yazan Laçındır. Nətər olursa olsun, qurtarın. Novruzov Laçın. Ana, məni qurtarın buradan, yaşamaq istəyirəm tez qurtarın gözləyirəm sizi. Laçın. Sağ olun!"

Milli.Az bildirir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin möhürü olan məktubu faktiki olaraq BQXK Laçın ailəsinə təhvil verib. Lakin o, evə qayıtmayıb. Əsirlikdə öldürülüb.

BQXK zamanında, Azərbaycanlı əsirlər üçün heç bir addım atmamışdı. Gənc oğullarımız, qızlarımız erməni-rus təcavüzü nəticəsində əsir düşmüş və sonrakı talelərindən xəbər alınmamışdır. Vaxtilə əsir düşmüş azərbaycanlılar üçün barmağını tərpətməyən BQXK, indi ermənilər üçün siqaret və benzin qaçaqmalçılığı edir...

Milli.Az


Etiketlər:  Ana ata məni Ermənistandan çıxart Yaşamaq istəyirəm ya BQXK haqqında bilməli olduğunuz hər şey


RƏYLƏR