Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada Səməd Vurğun adına park zibilxanaya çevrilib - VIDEO

Qubada Səməd Vurğun adına park zibilxanaya çevrilib - VIDEO

Tarix: 11 Iyul 2023 13:20

Qubanın İsnovqışlaq kəndində yerləşən Səməd Vurğun adına park baxımsızlıqdan məhv olmaq üzrədir. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, küçə itlərinin məkanına çevrilən bu parkın baxımsızlığı, ətrafdan gələn üfunət  sakinləri narahat edir. 

Onlar sözügedən park ərazisinin kəndin mərkəzi sayıldığını bildirirlər.
Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin bunun nəticəsiz qaldığını bildiriblər. 

Problemə münasibət bildirən İsnovqışlaq kənd bələdiyyəsinin sədri Tahirmirzə Məmmədov  iddia edib ki, sakinlər özləri zibilləri ətrafa atırlar.
"Buna baxmayaraq, ərazidə təmizlik işləri aparılcaq",- deyə bələdiyyə sədri vurğulayıb. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Qubada Səməd Vurğun adına park zibilxanaya çevrilib VIDEO


RƏYLƏR