Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin ən “bəxtsiz maralı” görüntüləndi - FOTO

Türkiyənin ən “bəxtsiz maralı” görüntüləndi - FOTO

Tarix: 11 Iyul 2023 15:28

Sosial şəbəkələrdə yayılan qeyri-adi buynuzlu maralın görüntüsü çoxsaylı müzakirələrə səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlar Türkiyədəndir və vəhşi təbiət fotoqrafı Mustafa Aslan tərəfindən qeydə alınıb. Fotoya istifadəçilər artıq ad da qoyublar: "Bəxtsiz maral".

Məsələ burasındadır ki, genetik qüsur səbəbindən belə maralların cütləşmə şansı azdır və hətta demək olar yoxdur.  

"Buynuzlarındakı bu qüsur ona böyük bir əngəl yaradır. Onlar cütləşmə dövründə böyürərək ətrafa səslərini eşitdirməyə çalışırlar, bununla da digər erkək marallara öz ərazilərini göstərirlər. Digər erkək marallar isə dişiləri bölüşmək istəmirlər. Buna görə də dava edirlər. Onlar bu döyüşü buynuzlarını bir-birinə vuraraq aparırlar. Şəklini çəkdiyimiz bədbəxt maral, deyəsən, mübarizəni qazanacaq vəziyyətdə deyil. Ona yazığım gəlir, amma əlimizdən heç nə gəlmir. Bu, təbiətin qanunudur, kimi qazanır, kimi uduzur", - deyə fotoqraf vurğulayır.

Milli.Az


Etiketlər:  Türkiyənin bəxtsiz maralı görüntüləndi FOTO


RƏYLƏR