Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2023 15:50
Qərbi Azərbaycan əyalətinin Məhabad (Savcabulaq) şəhərində qəzəbli əhali ayağa qalxıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, qəzəbli gənclər Peyman Qəlvaninin işgəncə altında öldürülməsini pisləyərək, tonqallar yandırmaqla yolları bağlayıblar.
Xatırladaq ki, məhabadlı siyasi məhbus Peyman Qəlvani həbs olunaraq Urmu şəhərinin bədnam Kəşfiyyat İdarəsinin təcridxanasına köçürüldükdən iki həftə sonra hökumət qüvvələrinin işgəncələri altında dünyasını dəyişib.