Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-iyun aylarında Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

Yanvar-iyun aylarında Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

Tarix: 13 Iyul 2023 12:30

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Qazaxıstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz artaraq 53,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Qazaxıstana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 8 faiz artaraq 9,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 1,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 15,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.


Etiketlər:  Yanvar iyun aylarında Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ