Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov: Bunu nüvə təhlükəsi kimi qiymətləndirəcəyik!

Lavrov: Bunu nüvə təhlükəsi kimi qiymətləndirəcəyik!

Tarix: 13 Iyul 2023 13:58

Rusiya F-16 qırıcılarının Ukraynaya verilməsini Qərbdən gələn nüvə təhlükəsi kimi qiymətləndirəcək.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Hərbi əməliyyat zamanı hərbçilərimiz təyyarələrin nüvə silahını çatdırmaq üçün təchiz edilib-edilmədiyini anlaya bilməyəcək. Ukrayna ordusunda bu cür sistemlərin meydana çıxması faktı bizim tərəfimizdən Qərbdən gələn nüvə təhlükəsi kimi qiymətləndiriləcək", - o bildirib.

Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı sualı cavablandıran Lavrov xatırladıb ki, bu cür silahlardan istifadə ssenariləri Rusiya Hərbi Doktrinasında aydın şəkildə müəyyən edilib:

"Eyni zamanda, qeyd edim ki, ABŞ və onun NATO peykləri Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bu, fəlakətli nəticələrlə doludur".


Etiketlər:  Lavrov Bunu nüvə təhlükəsi kimi qiymətləndirəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ