Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anar Vəziroğlu ƏSƏBİLƏŞDİ: “Cavanşir yalanın ən yekəsini danışır” - VİDEO

Anar Vəziroğlu ƏSƏBİLƏŞDİ: “Cavanşir yalanın ən yekəsini danışır” - VİDEO

Tarix: 13 Iyul 2023 23:30

Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal davam edir. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, kimin haqlı və kimin haqsız olduğunu ortaya çıxarmağa çalışan "Təsir dairəsi" ictimai-sosial proqramın bugünkü buraxlışında proqramda ekspert qismində əyləşən şair və yazar Anar Vəziroğlu müğənnini yalançılıqda ittiham edib. 

"Cavanşir Məmmədov yalanın ən yekəsini danışır. Yekə və lap yekə. Cavanşir gedirdi başqa televiziya kanallarında burada ("Təsir Dairəsi") olan məsələləri çözürdü. Ona zəng edib dedim ki, sənin üçün bu, ayıbdır. Cavabında söylədi ki, sənə dostam, həmxasiyyətik.

Cavanşirə dedim ki, biz həmrəng ola bilərik, çünki ikimiz də kişiyik, amma həmxasiyyət ola bilmərik. Mən başqa, sən başqa insansan. Mən sənə zəng etdim ki, gedib başqa kanalların efirində məsələni danışmaqdansa, gəl bu efirdə danış.

Çünki sənin qızın Xatirəyə də dedim ki, sizə vəkillik edə bilərəm. Cavanşir isə dedi ki, biz ailəlikcə həmin efirə baxmışıq və sənə xoş sözlərə görə minnətdarıq. Sən yaxşı insansan və sairə. Ona söylədim ki, bu iltifatların mənə lazım deyil. Səndən xahiş edirəm ki, "Təsir dairəsi"nin efirinə gəl.

Soruşdu ki, bu haqda bu verilişin aparıcısı Lalə Azərtaş bilir. Cavab verdim ki, xeyr. Axı insan nə qədər yalan danışa bilər? Cavanşir efir vasitəsi ilə sənə səslənirəm: Sənin ən yaxın, əzəli, çörək verən dostunun sənə dediyi sözü mən kişi kimi ortaya gətirsəm (bu anda Anar Vəziroğlunun səsi səs rejissoru tərəfindən söndürülür - red.) sən pencəyini soyunub, sürünə-sürənə gedəcəksən.

Ayıbdır! Kişi öz sözünü deməlidir. Mən sənə burada qəhmər durdum ki, istəmədim yalançı insanın əhatəsində və təsiri altında sən tapdalanasan", - deyə Anar Vəziroğlu vurğulayıb. 

Bunun ardından aparıcı Lalə Azərtaş "Cavanşir Məmmədov da tendensiya halını alıb. İnsan öz sözünü deyir, sonra da "Əsəbi olmuşam, demişəm də" söyləyir" ifadələrini səsləndirib. Şair isə "Cavanşir mənə söz deyir sonra da beş dəfə üzr istəyir. Sən artıq vərdişkarsan. Məni söyürsən, sonrada..." sözlərini dilə gətirib.

Milli.Az


Etiketlər:  Anar Vəziroğlu ƏSƏBİLƏŞDİ Cavanşir yalanın ən yekəsini danışır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ