Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanvar-iyun aylarında Türkiyənin Almaniyaya elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

Yanvar-iyun aylarında Türkiyənin Almaniyaya elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

Tarix: 14 Iyul 2023 10:02

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Almaniyaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 678,2 milyon dollara çatdırıb.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Almaniyaya elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalaraq 113 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 1,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 15,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Milli.Az


Etiketlər:  Yanvar iyun aylarında Türkiyənin Almaniyaya elektrik avadanlıqları ixracının həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ