Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusunun generalları arasında qarşıdurma pik həddə çatıb - ABŞ institutu

Rusiya ordusunun generalları arasında qarşıdurma pik həddə çatıb - ABŞ institutu

Tarix: 14 Iyul 2023 14:54

"Rusiya ordusunun generalları arasında qarşıdurma pik həddə çatıb".

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, iyulun 13-də Rusiya Quru Qoşunlarının 58-ci ümumqoşun ordusunun komandanı, general-mayor İvan Popovun istefaya göndərilməsindən sonra vəziyyət daha da qəlizləşib: "Onun Müdafiə Nazirliyi barədə dürüst tənqidləri, görünür, hərbi rəhbərliyi narahat edirdi. Ona görə də İqor Popov işdən çıxarıldı. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu Rusiya ordusuna arxadan hücum etməkdə günahlandırmışdı. İvan Popov Valeri Gerasimovu satqınlıqda ittiham edir".

Amerikalı analitiklərin fikrincə, İ.Popovun bu ritorikası "Vaqner" xüsusi hərbi şirkətinin iyunun 24-də cəhd etdiyi silahlı qiyamını xatırladır: "O, çox güman, Kremlə müraciət edərək Valeri Gerasimovu Ukraynadakı əməliyyatların komandanlığından uzaqlaşdırmağa cəhd göstərib. Popovun birbaşa Prezident Vladimir Putinə müraciət etməsi və Valeri Gerasimovun komandanlığına tabe olmaması Rusiya ordusundakı xaosun təzahürüdür".

Qeyd edək ki, xarici KİV Rusiyada "Vaqner" xüsusi hərbi şirkətinin iyunun 24-də həyata keçirdiyi silahlı qiyamdan sonra Rusiya ordusunun 15-ə yaxın zabitinin işdən çıxarıldığını, 13 zabitin isə dindirilmək üçün saxlanıldığını bildirmişdi.

Milli.Az


Etiketlər:  Rusiya ordusunun generalları arasında qarşıdurma pik həddə çatıb ABŞ institutu


RƏYLƏR