Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Keşlə" - "Qəbələ": 51-ci duel

Tarix: 25 Oktyabr 2019 22:32

Sabah Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq. Komanda Bakıda yerli “Keşlə” ilə görüşəcək. Bu, iki komanda arasında 51-ci duel olacaq.

İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 50 dəfə qarşılaşıblar. 16 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. 117 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdir – 65:52. “Qəbələ”nin bu oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiçdir. Onun hesabında 5 qol var.

Komanda 25-ci dəfə “Keşlə”nin qonağı olacaq. Səfərdə 8 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 14 dəfə uduzub. Rəqib meydanında 25 qol vuran futbolçularımız 38 top buraxıblar.

Əvvəlki 50 oyundan 45-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. Çempionatda rəqibinin qapısından 45 top keçirən komanda 58 qol buraxıb.

 


Etiketlər:  Keşlə Qəbələ 51 ci duel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ