Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Muğam Mərkəzində " Macarıstan musiqisi axşamları " adli layihə- konsertlər təqdim olunacaq

Beynəlxalq Muğam Mərkəzində

Tarix: 26 Oktyabr 2019 00:15

Bakı, Trend:

Beynəlxalq Muğam Mərkəzində " Macarıstan musiqisi axşamları " adli layihə- konsertlər təqdim olunacaq
Beynəlxalq Muğam Mərkəzi Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim edəcək.

Paytaxt sakinləri və şəhərimizin qonaqları 12-14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlada ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazanacaqlar. 3 gün ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun “Cantores Esslesiae” solistləri və zambalın misilsiz qarışığı olan musiqi ilə Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim edəcəklər.

Evrovision müsabiqəsinin iştirakçısı müğənni Magyar Borinin təqdimatında disklend üslublu smokey caz gecəsi də layihənin yadadqalan konsertlərindən bir olmağa iddialıdır. Tamaşaçılar macar musiqisi axşamlarında həmçinin cymbalum alətinin tanınmış ifaçısı Csurkulya Jozefin ifasında macar xalq musiqisinin ruhunu hiss edəcəklər.

Konsertlərə biletləri şəhərin kassalarından, İtiket.az və Asan xidmət mərkəzlərindən əldə etmək olar. Konsertin informasiya dəstəyi Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı və Asan radiodur.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək.


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzində Macarıstan musiqisi axşamları adli layihə konsertlər təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ