Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ tankerləri ələ keçirmək istəyən İrana qarşı Körfəzə F-16 donanması göndərir

ABŞ tankerləri ələ keçirmək istəyən İrana qarşı Körfəzə F-16 donanması göndərir

Tarix: 15 Iyul 2023 13:10

Vaşinqton son həftədir ki, Hörmüz boğazı üzərində A-10 qırıcı təyyarələri uçurur və İranın neft tankerlərini ələ keçirmək cəhdlərinin artmasına cavab olaraq, bu həftənin sonunda Körfəzə yeni F-16 donanması göndərəcək. Bu barədə cümə günü ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Pentaqonun rəsmisi ABŞ-ın Rusiya, İran və Suriya arasında getdikcə daha möhkəmlənən əlaqələrdən narahatlığını dilə gətirib. O əlavə edib ki, bu üç ölkə ABŞ-ı Suriyadan sıxışdırıb çıxarmaq istəyir.

Pentaqonun son açıqlaması Rusiyanın Suriya səmasında təhlükəli və qeyri-peşəkar davranışına görə "F-22 Raptors" donanmasını Yaxın Şərqə göndərdikdən bir neçə həftə sonraya təsadüf edir. Birləşmiş Ştatların rəsmisi vurğulayıb: "A-10" təyyarələri artıq bir həftə yarımdır ki, Hörmüz boğazı və daha geniş Körfəz əraziləri üzərində uçur. Biz bu dəstəyi daha da gücləndirmək üçün bu həftə sonu F-16-ları uçurmağa başlayırıq". Onun sözlərinə görə, yeni donanmanın göndərilməsi ABŞ-ə bölgədə hansı gəmilərin üzdüyünü, nə daşıdığını və kimə məxsus olduğunu "həqiqətən yaxşı görməyə" imkan verəcək, həmçinin gəmilərin risk dərəcəsini qiymətləndirməyə şərait yaradacaq.

ABŞ Hərbi Dəniz Qüvvələri bildirib ki, ötən həftə İran Hörmüz boğazı yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd edərək onlardan birinə atəş açıb. Vaşinqton Tehranın bu həmlələrinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bəyan edib.

Milli.Az


Etiketlər:  ABŞ tankerləri ələ keçirmək istəyən İrana qarşı Körfəzə donanması göndərir


RƏYLƏR