Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yaxşı obyekt tapmaq çətindir... - QİYMƏTLƏR... - VİDEO

Azərbaycanda yaxşı obyekt tapmaq çətindir... - QİYMƏTLƏR... - VİDEO

Tarix: 16 Iyul 2023 16:32

Bakıda obyektlərin qiymətləri bahalaşıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Ülvü Əliyev deyir ki, son bir il ərzində 3 dəfə  əmlak qiymətlərində bahalaşma olub.

Onun sözlərinə görə, bu gün bakıda xüsusilə biznes məqsədləri üçün qeyri-yaşayış sahələri almaq istəyənlərin sayı artıb.

"Buna paralel olaraq qiymətlər də yüksəlib."

O, qiymət artımın səbəblərini açıqlayaraq qeyd edir ki, sənədsiz obyektlərin satışı çox çətindir. Üstəlik bu obyektlərin alqı-satqısında müəyyən əngəllər yaranır. Bu səbəbdən də bazarda az sayda qeyri-yaşayış sahələri  təklif edilir.

Ekspert onu da qeyd etdi ki, sənədsiz qeyri-yaşayış sahələrinə çıxarışın verilməsi prosesinə başlanılması da  bazarada öz təsini göstərəcək.

Sənədləşmə işi tam başa çatdıqdan sonra obyeklərin sayından asılı olaraq qiymətlərdə ucuzlaşma olacağı da istisna edilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycanda yaxşı obyekt tapmaq çətindir QİYMƏTLƏR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ