Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Musaya viza əngəli

Musaya viza əngəli

Tarix: 17 Iyul 2023 09:54

İsveçin "Yurqorden" klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı ölkə çempionatının XV turunda "Malmö" ilə keçiriləcək oyunda iştirak etməyə bilər.

Milli.Az "report"a istinadən bildirir ki, buna səbəb 21 yaşlı hücumçunun işçi vizasını hələ almamasıdır.

Qurbanlı və digər yeni transfer Feliks Va bu gün keçiriləcək qarşılaşmanın iştirak ərizəsinə salınsalar da, hər ikisi işçi icazəsini gözləyir. Sənədlər gün ərzində çatdırılmasa, onlar qarşılaşmanın heyətindən çıxarılacaqlar.

Qeyd edək ki, "Yurqorden" - "Malmö" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Musaya viza əngəli


RƏYLƏR