Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Krım körpüsünə hücumu Ukrayna kəşfiyyatı həyata keçirib - BBC

Krım körpüsünə hücumu Ukrayna kəşfiyyatı həyata keçirib - BBC

Tarix: 17 Iyul 2023 12:20

Krım körpüsünə hücumu Ukrayna Kəşfiyyat Xidməti (SBU) həyata keçirib.

Sonxeber.net bildirir ki, bu barədə BBC-nin rus dili xidməti Ukrayna Kəşfiyyat Xidməti daxilindəki mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, qurumun daxilindəki mənbə BBC-yə hücumun "SBU" tərəfindən ölkə donanmasının xüsusi təyinatlıları ilə birgə həyata keçirilib.

Oxşar iddialar Ukrayna mətbuatında da paylaşılıb.

"SBU"-nun mətbuat katibi Andrey Yusov Ukrayna mətbuatına açıqlamasında insidentin səbəbləri barədə fikir bildirməyib, lakin körpünü "lazımsız struktur" kimi təsvir edib. O, həmçinin qeyd edib ki, Rusiyanın üzləşdiyi logistika çətinlikləri Ukrayna müdafiə qüvvələri üçün potensial üstünlüklər yarada bilər.


Etiketlər:  Krım körpüsünə hücumu Ukrayna kəşfiyyatı həyata keçirib


RƏYLƏR