Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taleh Kazımov ona yüksək VƏZİFƏ VERDİ

Taleh Kazımov ona yüksək VƏZİFƏ VERDİ

Tarix: 17 Iyul 2023 12:50

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib.

Sonxeber.net AMB-yə istinadən xəbər verir ki, Şahin Mahmudzadə sədrin müşaviri vəzifəsinə təyin edilib. Bununla da T. Kazımovun müşavirlərinin sayı 3-ə çatıb.

Qeyd edək ki, 31 yaşlı Ş.Mahmudzadə əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlayıb.

2018-ci ildə "Paşa Həyat Sığorta" ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində çalışıb.


Etiketlər:  Taleh Kazımov yüksək VƏZİFƏ VERDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ