Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi: "İnter Mayami"nin böyüməsi üçün buradayam"

Messi:

Tarix: 17 Iyul 2023 14:06

""İnter Mayami"nin böyüməsi üçün buradayam".

Milli.Az "report"a istinadən bildirir ki, bunu ABŞ-ın "İnter Mayami" klubunun yeni transferi Lionel Messi təqdimat mərasimində deyib.

36 yaşlı argentinalı futbolçu azarkeşlərə müraciət edərək, onlardan komanda üçün dəstək istəyib: "Bu cür qarşılanmaya və sevgiyə görə bütün Mayami camaatına təşəkkür edirəm. Bura gəlişimi asanlaşdırdıqları üçün Devid Bekhem, Jorje və Joze Masa minnətdaram. Həmişə qalib gəlmək arzusu ilə meydana çıxmışam. Ümid edirəm ki, azarkeşlərin də dəstəyi ilə yeni uğurlar əldə edəcəyik".

Qeyd edək ki, yay fasiləsində Fransanın PSJ klubundan ayrılan Lionel Messi "İnter Mayami" ilə 2 illik müqavilə imzalayıb.

Milli.Az


Etiketlər:  Messi İnter Mayaminin böyüməsi üçün buradayam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ