Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qeyri-sabit hava şəraiti arıçılığa mənfi təsir edib - VİDEO

Qeyri-sabit hava şəraiti arıçılığa mənfi təsir edib - VİDEO

Tarix: 17 Iyul 2023 14:16

Hava şəraitinin qeyri - sabit keçməsi arıçılığa mənfi təsir edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəkili fermerlər bildirir ki, dolu və leysan nəticəsində arıların bir hissəsi tələf olub.

Yeni işçi arı isə ailədə müəyyən vaxta yetişir ki, bu da əlavə vaxt itkisi deməkdir.

Arıçılar deyir ki, məhsuldarlıq bu il 60 faizdən də aşağı olub. Bundan sonra havalar isti keçsə belə, məhsulu artırmaq çətin olacaq.

Şəkili arıçılar onu da bildirib ki, məhsuldarlığın yaxşı olmaması qiymətlərə təsir edib.

Balın qiymətindəki artımın gələn aylardan daha çox müşahidə olunacağı bildirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Qeyri sabit hava şəraiti arıçılığa mənfi təsir edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ