Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-iyun aylarında Türkiyənin BƏƏ-nə kimyəvi maddə ixracı 138 milyon dolları ötüb

Yanvar-iyun aylarında Türkiyənin BƏƏ-nə kimyəvi maddə ixracı 138 milyon dolları ötüb

Tarix: 17 Iyul 2023 17:16

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Birləşmiş Ərəb Əmirliklərinə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 138,5 milyon dollara çatdırıb.

Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə BƏƏ-nə kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 25,4 faiz azalaraq 19,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 14,6 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 2,4 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 25,3 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.


Etiketlər:  Yanvar iyun aylarında Türkiyənin BƏƏ kimyəvi maddə ixracı milyon dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ