Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobilin kilometrajına müdaxiləni necə aşkarlamaq olar? - VİDEO

Avtomobilin kilometrajına müdaxiləni necə aşkarlamaq olar? - VİDEO

Tarix: 18 Iyul 2023 13:54

Xarici ölkələrdən gətirilən bəzi nəqliyyat vasitələrinin kilometrajına müdaxilələr edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bahalı avtomobillərin kilometrajı geri çəkilərək bazara aşağı qiymətlə təklif olunur.

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, kilometraja müdaxilə çox sadə və asan prosesdir.

Usta bildirir ki, Amerikadan idxal edilən nəqliyyat vasitələrində belə hallar daha çox müşahidə edilir. Cənubi Koreya bazarından gələn avtomobillərin isə 99 faizində bu cür müdaxilələr aşkarlanır. Xüsusilə də dizellə işləyən avtomobillərin kilometrajı hətta 300-400 min kilometr geri çəkilərək ölkəyə gətirilir.

Dəniz Ağabəyliyinin sözlərinə görə, alıcılar avtomobil aldığı xarici şirkətlərə güvənirlərsə, nəqliyyat vasitəsini həmin şirkətlərin ustalarına da yoxladaraq müdaxilələri aşkarlaya bilərlər. Digər hallarda isə artıq ölkəyə gətirilən avtomobilin burada yoxlanması faydasızdır. Çünki nəqliyyat vasitəsi istənilən halda şəxsə aid hesab olunur.

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Avtomobilin kilometrajına müdaxiləni necə aşkarlamaq olar VİDEO


RƏYLƏR