Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2023 23:02
Sonxeber.net xəbər verir ki, Lent.az-ın "Göz önündə" rubrikasının bu dəfəki qonağı xarizmatik və istedadlı türk kinoaktyoru Kıvanc Tatlıtuğdur.
Bu sarışın, uca boylu, mavigözlü aktyor çox qadınların xəyallarını bəzəsə də, təsəvvür edildiyi kimi sevgi romanları ilə dolu bir həyatı da yoxdur. Kıvanc kənardan çox eqolu, əlçatmaz kimi görünsə də, çox sadə insandır, təvazökar həyatı var. Sanki sevməyi və sevilməyi bacarmır.
Ata tərəfdən alban və bosniyalı qanı daşıyır. Anası türkdür.
Kıvanc Tatlıtuğ 1983-cü il 27 oktyabrda Adanada doğulub. Ailədə 5 uşaqdan biridir. 1997-ci ildə atasının ürək xəstəliyi ilə əlaqədar İstanbula köçməli olublar. Uşaqlıqdan peşəkar basketbolla məşğul olan, Ülkerspor, Beşiktaş və Fenerbahçe kimi klublarla işləyən Kıvancın idman karyerası zədə alması ilə yarımçıq qalıb.
Anası yaraşıqlı oğlunun daha parlaq gələcəyinə inanırdı, odur ki, gördüyü bir elan əsasında onu model agentliyinə göndərir. Kıvanc dərhal bəyənilir və iş təklifi alır. 2002-ci ildə boyu 185 sm, çəkisi 75 kilo olan Kıvanc Best Model of the Turkey və Best Model of the World yarışlarının qalibi olur. Ölkənin və dünyanın ən yaraşıqlı kişisi seçilir. Yaraşıqlı kişi tacını Kənan İmirzalıoğlunun əlindən alır. Elə bununla da ulduzu parlamağa başlayır.
İlk rolu "Gümüş" serialına alır və adından söz etdirməyi bacarır.
Hər kəs bu yaraşıqlı aktyorun arxasınca düşür, qızlar minlərlə sevgi məktubları yazırdılar. O isə gözəllik yarışmasında tanış olduğu Azra Akına aşiq olur. Gah küsüb, gah barışan cütlüyün münasibətləri alınmır, ayrılırlar. Az öncə dediyimiz kimi Kıvanc xarizmasını, yaraşıqlılığını şəxsi mənfəəti üçün istifadə etməyi bacarmırdı. Seçdiyi, birlikdə olduğu qadınlar gah özündən böyük olurdu, gah da çirkin.
Məsələn özündən 13 yaş böyük olan Məltəm Cumbula necə aşiq olmuşdusa başını itirmişdi. O ərəfələrdə ona çox populyarlıq qazandırmış "Aşkı memnu" serialında çəkilirdi və Məltəm onun Bihterlə hər öpüşmə səhnəsini qalmaqalla qarşılayırdı. Məltəmin qısqanclıqları bu münasibətlərin sonunu gətirdi.
Elə filmə çəkilərkən setdə gələcək xanımı, aktyorların geyimləri ilə məşğul olan dizayenr Başak Tizerlə tanış olur, tutqu ilə ona bağlanır. Kıvanc makiyajsız, sadə görkəmli xanımları sevir. Başak da onu öz sadə görünüşü ilə "ovladı". Başak ondan 3 yaş böyük idi və bir dəfə Fransa vətəndaşı ilə evlənib boşanmışdı. Bu səbəblə Kıvancın anası oğlunun onunla münasibətlərinə narazılıq edirdi. Kıvanc narazılıqlara baxmayaraq 2016-cı ildə Fransada Türkiyə səfirliyində sevdiyi qadınla evləndi. Bu günə qədər də gözü ondan başqasını görmür.
Aktyor kimi peşəkarlığını artırmış yaraşıqlı aktyor yalnız xarizamtik kişi rollarında oynamağı sevmir. Onun yaradıcılığı çoxşaxəlidir. Gah yekəqarın kişi olmaq üçün kilo alır, gah boksçu roluna girmək üçün kilo verir, gah xəstə bir uşağın atası kimi göz yaşı tökür, gah vecsiz Bəhlül olur, gah rus zabiti, gah psixoloji gərginliklər yaşayan oğula çevrilir.
Allaha çox inanır və bədəninə "Only Allah can judge me!"( Bir tək Allah mənə hökm edə bilər" yazısını tatu etdirib.
Dəfələrlə çapkın olmadığını dilə gətirən evli Kıvanc gecələr barlara, klublara getməyi sevmir, dostlarını evinə dəvət edir, söhbətləşir və ya nərd oynayır. Hazırda Türkiyənin ən bahalı aktyorlarından olan Kıvanc Yunanıstanda çoxlu sayda mülk sahibidir. O bu ölkəyə 2 milyon avroya qədər yatırım qoyub.
Heyvanları çox sevir. Paris adlı iti var. Ailənin həyatda ən böyük nemət olduğunu düşünən aktyor çoxlu sayda uşaqlarının olmasını arzu edir.
Var-dövlətinə baxmayaraq marka və brend geyinməyi sevmir, "insan libası bəzəyir" şüarı ilə yaşayır. Onun üçün pul düzgün yaşamaq üçün vasitədən başqa bir şey deyil.
İntuisiyası çox güclüdür, insanların gözünə baxan kimi onları tanımağı bacarır. Hamının heyran olduğu o mavi gözlərinə özü də heyrandır.
Mesaj yazmağı, telefonla danışmağı sevmir. "Əlacım olsa hər kəsə kağız məktublar yazardım" deyir, müasir texnologiyalara nifrət edir.
Çox sadiq bir insan olsa da yalanı hiss edincə əlaqələrini kəsir.
2022-ci ildə ata olan Kıvancın Kurt Efe adlı bir oğlu var.