Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ən yeni tankını müharibədə sınaqdan keçirdi

Rusiya ən yeni tankını müharibədə sınaqdan keçirdi

Tarix: 19 Iyul 2023 23:08

Ukraynanın cənubunda aparılan döyüşdə Rusiya ən yeni "T-14 Armata" tanklarından istifadə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS-a hərbi sənaye kompleksindəki mənbə bildirib.

"Armata"dan cənubda aparılan hərbi əməliyyatlarda fəal şəkildə istifadə edirlər. Tankın necə performans göstərəcəyini görmək üçün döyüşdə bir neçə bölmə iştirak etdi. Daha sonra onlar cəbhə xəttindən çıxarıldı", - mənbə bildirib.

Digər mənbəyə görə, tank Cənub Hərbi Dairəsinin bölmələrinin istifadəsində olub:

"T-14" tankının bütün zəruri sınaqları hələ də davam edir".

Qeyd edək ki, əvvəllər "Armata"nın döyüş əməliyyatları zamanı istifadə edilməsi barədə rəsmi məlumat verilmirdi.

Milli.Az


Etiketlər:  Rusiya ən yeni tankını müharibədə sınaqdan keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ