Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 07:10
Rusiya onun şərtləri yerinə yetirilən kimi dərhal taxıl sazişinə qayıdacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.
"Rusiyanın sazişə qayıtması üçün əsas şərt onun ilkin humanitar mahiyyətinin bərpasıdır", - dövlət başçısı bildirib.
O, bu müqavilələr üzrə Rusiya qarşısında öhdəlikləri xatırladıb: "Əgər əvvəllər razılaşdığımız bütün şərtlər yerinə yetirilərsə - mən onları indi icad etmirəm - biz dərhal bu sövdələşməyə qayıdacağıq".
Prezident birinci şərt kimi Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükünü sanksiyalardan çıxarmağı qeyd edib.