Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təhsil tələbə krediti almaq istəyənlərin nəzərinə

Təhsil tələbə krediti almaq istəyənlərin nəzərinə

Tarix: 20 Iyul 2023 12:38

Bu gün saat 12:00-dan 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılır.

Elm və Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.

Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq.

Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər.

Milli.Az


Etiketlər:  Təhsil tələbə krediti almaq istəyənlərin nəzərinə


RƏYLƏR