Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Şahnaz Haşımova müalicə üçün Bakıya gətirildi

Xalq artisti Şahnaz Haşımova müalicə üçün Bakıya gətirildi

Tarix: 20 Iyul 2023 17:06

Xalq artisti Şahnaz Haşımova bu gün Gəncədəki müalicə aldığı xəstəxanadan Bakıya gətirilib.

Bunu APA-ya açıqlamasında sənətçinin bacısı Əməkdar artist Aybəniz Haşımova deyib.

Onun sözlərinə gərə, Xalq artisti hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir: "Hazırda vəziyyəti yaxşıdır. Palatadadır. Təzyiq və qanla bağlı problemi var idi. Belə məsləhət oldu ki, müalicəsi Bakıda davam etdirilsin, ona görə də gətirdik".

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova dünən səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib.


Etiketlər:  Xalq artisti Şahnaz Haşımova müalicə üçün Bakıya gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ