Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 19:20
Cənubi Afrika Respublikasının ən böyük şəhərlərindən biri olan Yohannesburqun mərkəzində qaz xəttində baş verən partlayışda yaralananların sayı 48-ə çatıb, 1 nəfər ölüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Qeyd edək ki, hadisə iyulun 19-un ikinci yarısında Bree küçəsində qeydə alınıb. Hadisə yolun bir hissəsinin dağılmasına səbəb olub.
Yaralılardan səkkizi ağır vəziyyətdə xəstəxanadadır.
Partlayışın səbəbini müəyyən etmək üçün müvafiq araşdırma aparılır.