Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2019 14:57
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,59 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin