Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO)

Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO)

Tarix: 26 Oktyabr 2019 15:16

Bakı. Trend:

Oktyabrın 25-də Biləsuvar rayonunda Azərbaycan Respublikasının “Sağlam Gənclik” layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd gəncləri sağlam həyat tərzinə təşviq olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Trend-in məlumatına görə, gənclərin veloyürüşü ilə başlayan layihədə Biləsuvar 400-dən çox gənc iştirak edib. Biləsuvar rayonu Gənclərin Karyera və İnkişaf Mərkəzinin qarşısından start verilən yürüşdə velosipedçilər 10 km məsafə qət ediblər.

Tədbirdə Gənclər Fondun və Azərbaycan Velosiped Federasiyasının rəhbərliyi də iştirak edib. Çıxış edənlər velosiped idman növünün sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar. Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Biləsuvar rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib. Layihə çərçivəsində Qazax, Şəmkir və digər bölgələrdə də analoji tədbirlər təşkil olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO) Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO) Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO) Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO) Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO) Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO) Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO) Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO)


Etiketlər:  Gənclər Fondu Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda Sağlam gənclik layihəsi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ