Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2023 12:00
Çinin Heyluntszyan əyalətinin Ciciqar şəhərində gimnaziya binasının beton tavanının çökməsi nəticəsində 11 nəfər həlak olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə ötən gün yerli vaxtla 14:56-da baş verib.
Məlumata görə, insident tələbə qızlardan ibarət basketbol komandasının məşqi zamanı baş verib. Hadisə yerində 19 nəfərin olduğu, onlardan dördünün qaçmağı bacardığı, 15 nəfərin isə dağıntılar altında qaldığı bildirilib.
Binanın tavanının güclü yağışlar səbəbi ilə çökməsi ehtimal olunur. Məlumata görə, istintaq zamanı binanın tikintisində qanunsuz olaraq suya qarşı dayanıqsız material perlitdən istifadə edildiyi aşkarlanıb, tikinti şirkətinin məsuliyyət daşıyan nümayəndələri saxlanılıb.