Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2023 15:54
Biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində səsləndirib.
Onların (Fransa - red.) Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevrildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər".