Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada itkin düşəndən sonra tapılan turistlərin son vəziyyəti açıqlanıb

Zaqatalada itkin düşəndən sonra tapılan turistlərin son vəziyyəti açıqlanıb

Tarix: 25 Iyul 2023 07:38

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidən təxliyə olunan turistlərin vəziyyətləri stabildir.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini - Əli Əlizadə və Əbdül Rzayev təxliyə olunub.

TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilib, laborator, instrumental müayinələr təmin olunub. Kəskin travmatik xəsarətləri yoxdur, hazırda stressə və hipovolemiyaya qarşı yardım edilir.

Əbdül Rzayevə aşıq baldır oynağının əziyi diaqnozu ilə tibbi yardım göstərilib.

Ümumi vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Həkim müşahidəsi altındadırlar.

Milli.Az


Etiketlər:  Zaqatalada itkin düşəndən sonra tapılan turistlərin son vəziyyəti açıqlanıb


RƏYLƏR