Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emrelinin komandası ÇL-ə darmadağınla başladı

Mahir Emrelinin komandası ÇL-ə darmadağınla başladı

Tarix: 26 Iyul 2023 07:12

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Çempionlar Liqasında mübarizəyə başlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda  doğma meydanda Qazaxıstan "Astana"sı ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Mahir Emreli meydana 80-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-i keçiriləcək.

Milli.Az


Etiketlər:  Mahir Emrelinin komandası ÇL ə darmadağınla başladı


RƏYLƏR