Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2023 07:54
Niger Respublikasının hərbçiləri Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" hərbçilərin milli televiziyada verdiyi açıqlamaya istinadən məlumat yayıb.
"Ölkənin sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir", - agentlik hərbçilərin sözlərindən sitat gətirib.
Xatırladaq ki, Niger prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib. Yerli mətbuatın məlumatına görə, prezident Məhəmməd Bazum üsyançılar tərəfindən saxlanılır, onların sayı məlum deyil.