Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Haqqımda deyilənlər şükürlüdür, başqaları haqda nələr deyilir" - VİDEO

Tarix: 27 Iyul 2023 22:00

"Bunun açıqlamasını vermişəm. Kişi yaxın dostları haqda danışmaz. Zamiq Hüseynov mənim qohumum, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə yaxın dostumdur. Bu səs yazısı və ya yazışma varsa, qoyulsun ortaya. Onunla bağlı da tədbir görüləcək". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

Sənətçi həmkarları Nadir Qafarzadə, Namiq Qaraçuxurlu və Zamiq Hüseynov haqda işlətdiyi nalayiq ifadələr işlətməsi iddiası ilə bağlı açıqlama verib.

Ağayev bildirib ki, adıçəkilən həmkarları ilə dostdur və onlar barədə heç zaman xoşagəlməz fikirlər səsləndirməyib: 

"Başqa heç nə yoxdur, sadəcə əsəb korlanır. Məni hamı tanıyır. Bilirlər ki, mərdimazar adam deyiləm. Mənim haqqımda deyilənlər şükürlüdür, başqaları haqda nələr deyilir. Səbrim tükənib, əvvəl özüm dava istəyirdim. İndi yaş, müəyyən xəstəlik imkan vermir".

Milli.Az


Etiketlər:  Haqqımda deyilənlər şükürlüdür başqaları haqda nələr deyilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ