Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2023 07:42
Ermənistana, Rusiyaya və Azərbaycana düşmən olan qüvvələr bu ölkələri bir-birinə qarşı qoymaq üçün vəziyyəti gərginləşdirməyə çalışırlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İsrailin "Nativ" kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.
"Onlar bu və ya digər şəkildə təxribat törədərək vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu da nə Ermənistana, nə Rusiyaya, nə də Azərbaycana sərf edir. Ancaq bu cür hərəkət edənlər regiondakı xalqların və ölkələrin maraqlarını yox, tamam başqa maraqları rəhbər tuturlar".
Kedmi bildirib ki, 2020-ci ildəki müharibədən sonra vəziyyətin sabitləşdirilməsi üçün böyük addımlar atılıb:
"Hazırki mövcud problemlər texniki xarakter daşıyır. Onları həll etmək olar".