Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekofəallar Kral III Çarlzın portretini biabırçı vəziyyətə saldılar - FOTO

Ekofəallar Kral III Çarlzın portretini biabırçı vəziyyətə saldılar - FOTO

Tarix: 28 Iyul 2023 11:54

Edinburqdakı Şotlandiya Milli Portret Qalereyasında iki ekofəal Britaniya monarxı III Çarlzın portretini çəhrayı boya ilə "bəzəyiblər".

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Bu gün qalereyada etiraz aksiyası keçirilib. Nəticələrini qiymətləndiririk", - deyə Milli Portret Qalereyasının nümayəndəsi bildirib.

Məlumata görə, "This is Rigged" ekofəallar qrupu kralın portretinin üzərinə damcı şəkli çəkib, "Xalq hökmdardan daha güclüdür" ifadəsini yazıblar. Polis etirazçıları saxlayıb.

Qeyd edək ki, qalereyanın digər eksponatlarına zərər dəyməyib.

Milli.Az


Etiketlər:  Ekofəallar Kral Çarlzın portretini biabırçı vəziyyətə saldılar FOTO


RƏYLƏR